“Amerikada “İran ancaq farsdır" tabusu artıq qırılır”-Əhməd Obalı-MÜSAHİBƏ

2021-05-04 14:38

​​​​​​​Xəbər verildiyi kimi Amerikanın nüfuzlu araşdırma qurumu olan  Demokratiyanı Müdafiə Mərkəzində  “İran yalnız Fars deyil: İslam Respublikasında etnik siyasət” mövzusunda müzakirə keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Müzakirədə önəmli nəticəyə gəlinib: İranda əhalinin əksəriyyəti qeyri-farslardır və Qərb dövlətlərinin İrana yönəlik siyasəti dəyişməlidir. İranla bağlı məsələdə qərarlar qeyri-fars millətlərini, əsasən də azərbaycanlıları nəzərə alaraq verilməlidir. 

 

Qeyd edək ki, müzakirələrdə Güney Azərbaycan Televiziyasının (Günaz.Tv) rəhbəri Əhməd Obalı da iştirak edib. Demokratiyanı Müdafiə Mərkəzinin hazırladığı hesabatların ABŞ dövlətinin, Dövlət Departamentinin İran siyasətinə təsiri olacaqmı? Bu və digər suallarla bağlı Əhməd Obalının fikirlərini öyrəndik. 

 

-Əhməd bəy, bu müzakirəni necə qiymətləndirirsiniz? Sizin də iştirak etdiyiniz bu toplantıdan nə gözləyək?

 

-Son 50 ildə Qərbdə, xüsusən Avropada İran haqqında danışılanda, İranla bağlı hər hansı qərar veriləndə bu ölkəni həmişə fars mərkəzli dövlət, ölkə, millət kimi görüblər. Buna uyğun qərar veriblər. Lakin “İran farsdır”, “İran təkcə farslardan ibarətdir” tabusu artıq qırılır. Dünya artıq bilir ki, İran fars deyil. 

 

Belə bir mühüm araşdırma mərkəzi tərəfindən keçirilən bu müzakirə, gəlinən nəticələr çox önəmlidir. Demokratiyanı Müdafiə Mərkəzi olduqca nüfuzlu qurumdur. Amerikanın siyasi çevrələri ilə çox sıx əlaqələri var və dövlətin siyasətinə təsir imkanları mövcuddur. Bu qurumun “İran fars deyil”, “İranda qeyri-farslar təşkil edir” qənaətinə gəlməsi çox mühümdür. Bu o deməkdir ki, tədricən İran haqqında düzgün qərarlar veriləcək. Biz buna ümid edə bilərik. 

 

Qeyri-farslar dedikdə də əsasən ağla Güney Azərbaycan türkləri gəlir.  Bu baxımdan bu cür müzakirənin keçirilməsi çox müsbət addımdır. Qısa müddət olmasa da uzun müddətdə Amerikanın İrana qarşı siyasətində qeyri-farsların da nəzərə alınacağına ümid edə bilərik.


-Bu müzarikə Amerikadakı siyasi çevrələrdə İrana, İran cəmiyyətinə baxışı dəyişəcəkmi? 

-Əlbəttə də ki Amerika kimi demokratik bir ölkədə praqmatik siyasətçilər həqiqətləri nəzər almağa məcbur olurlar. Çox zaman bu cür həqiqətlər verilən qərarlarda öz əksini tapır.  Amerikanın nüfuzlu ekspertləti tərəfindən “İran farslardan ibarət deyil”, “orada başqa millətlər də yaşayır” kimi həqiqətlər açıldıqca Amerika siyasətçilərinin baxışı da dəyişəcək. İrana yanaşmada fərqli baxışlar ortaya çıxacaq. Gec-tez Amerika siyasətində, baxışında ciddi dəyişikliklərə şahidlik edəcəyik. 

 

Həmin müzakirədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) İranla bağlı mütəxəssisi Norman Ruel iştirak edirdi. O, 2008-2017-ci ilə qədər SİA-da İranı araşdıran qurumun məsulu olub. Onun da mövqeyi bu oldu ki, İranı yenidən araşdırmaq lazımdır. Onun fikrincə, İranda azərbaycanlıların da siyasi proseslərə önəmli təsiri var. O, hesab edir ki, bu amili nəzərə almaq, siyasəti ona uyğun qurmaq lazımdır. SİA-nın İran üzrə məsulu  müzakirələrdə bildirdi ki, bu mövzuda Konqresdə də dinləmə olmalıdır. Qeyd etdi ki, bu müzakirələrə daha üstün səviyyədə davam etdirilməlidir.
 


-Demokratiyanı Müdafiə Mərkəzinin hazırladığı hesabatların ABŞ dövlətinin, Dövlət Departamentinin İran siyasətinə təsiri olacaqmı?

 

-Demokratiyanı Müdafiə Mərkəzinin etdiyi araşdırmaların, hazırladığı hesabatın Amerikanın İran siyasətinə heç şübhəsiz ki, təsiri olacaq.  Amerikanın siyasəti aydan aya dəyişmir. Qısa, orta və uzun müddətli olur. Mənə elə gəlir ki, bu müzakirənin, onun materialları əsasında hazırlanacaq hesabatın Amerikanın orta və uzun müddətli siyasətinə təsiri olacaq. Demokratiyanı Müdafiə Mərkəzinin bu məsələyə əl qoyması çox mühümdür. Bu, amil məsələnin ciddi olmasından xəbər verir. Brenda Şafferin araşdırması çox əhəmiyyətlidir. 

Ən mühümü isə budur ki, Şafferin fars mənbələrindən çıxardığı rəqəmlərdən aydın olur ki, farslar İranda çoxluq deyil. Hələ Şaffer qeyri-farsların mənbələrinə toxunmayıb. Bununla bağlı onun kitabında yazılacaq. 

Biz daim bir sualla üz-üzəyik: İranda sayımız nə qədərdir? Ölkə əhalisinin neçə faizini təşkil edirik? Bu suallar həm Güneydə, həm Quzeydə aktualdır. Gah 25 milyon, gah 35, gah da 40 milyon deyirik. Biz Brenda Şafferin araşdırmasını əsas götürsək İran əhalisinin 35 və ya 37 faizinin azərbaycanlılar olduğunu görürük. 

 

Biz İran əhalisinin 50 faizi, yəni yarısı deyilik. Ümumiyyətlə İranda sayca mütləq üstün olan millət yoxdur. Farslarla azərbaycanlılar təxminən eyni saydadır. Farslar və türklər əsas qrupdur İranda. Bu iki qrup İran əhalisinin 70 faizini təşkil edir. Araşdırmanın əsas bölümünün əsas nəticələrindən biri budur. 

 

İranda 6 ostanda azərbaycanlılar əksəriyyətdir. Bu ostanlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Qəzvin, Ərdəbil və Zəngandır. Burada əksəriyyət sözsüz ki, azərbaycanlılardır. Araşdırmada göstərilir ki, Tehran əhalisinin 30 faizdən çoxu azərbaycanlıdır. 

Fars mənbələrinə görə, Kərəc əhalisinin 36 fazidən çoxu, Ərakın 20 faizdən çoxu, Qumun isə 25 faizdən çoxu Azərbaycan türklərindən ibarətdir. İranı farsların və türklərin əksəriyyət təşkil etdiyi ölkə kimi tanıtmaq lazımdır. Məncə həm də millət olaraq sayımızı şişirtməyə ehtiyac yoxdu. 

Real rəqəmləri demək daha yaxşıdır. 

 

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15

gun az article

İranda koronavirusdan daha 200 nəfər dünyasını dəyişib, 7 723 nəfər xəstəliyə yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-15

gun az article

Baş Konsulluqdan ABŞ-dakı azərbaycanlılara XƏBƏRDARLIQ

2021-05-15

gun az article

Gənc əsgərlər and içdilər - FOTOLAR

2021-05-15

gun az article

Azərbaycan Hərbi Hava Qüvvələrində təlim-məşq uçuşları BAŞLADI

2021-05-15

gun az article

İran parlamentinin keçmiş sədri Əli Laricani prezidentliyə namizədliyini irəli sürüb

2021-05-15