Amerikada İran müzakirəsi: “Bu, İranın siyasi dairələrində ciddi narahatlıq doğurub”-Millət vəkili

2021-05-11 13:07

​​​​​​​İranda etnik məsələ bu dəfə Amerikanın nüfuzlu Demokratiyanı Müdafiə Fondunda (FDD) müzakirə edilib.  

Gunaz.tv Quote | Gunaz article

Harvard Universitetinin “Kennedi” Kollecinin Kaspin Tədqiqat Proqramının tədqiqat direktoru və İranla bağlı tədqiqatçı Brenda Şaffer, FDD-nin Araşdırma üzrə Baş vitse-prezidenti Jonathan Schanzer,  CIA (Mərkəzi Kəşfiyyat Agentliyinin) Əməliyyat Müdirliyində mütəxəssis olaraq calışmış Reuel Marc Gerecht və Günaz.Tv-nin rəhbəri Əhməd Obalının iştirak etdiyi müzakirədə “İran yalnız Fars deyil: İslam Respublikasında etnik siyasət” mövzusu müzakirə edilib.

Müzakirədə gəlinən ümumi nəticə o olub ki, İranda əhalinin əksəriyyəti qeyri-farslardır və İrana yönəlik siyasət dəyişməlidir. İranla bağlı məsələdə qərarlar qeyri-fars millətlərini, əsasən də azərbaycanlıları nəzərə alaraq verilməlidir.
Bu müzakirə ilə başlanan prosesin Amerikada İrana, İran cəmiyyətinə baxışı dəyişə biləcəyi qeyd olunur.

Milli Cəbhə Partiyasının sədri, Azərbaycan Milli Məclisin üzvü Razi Nurullayev Günaz.TV-yə açıqlamasında FDD-də keçirilən müzakirəni yüksək qiymətləndirib:

Hər kəs Razi Nurullayevin Milli Məclisdəki bu çıxışından danışır - Ens.az -  4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler

“İrandakı hakimiyyətə qarşı mübarizə əsasən Amerika və İsrail tərəfindən aparılır. Ərəb ölkələri də bəzən açıq, bəzən örtülü şəkildə bu mübarizəyə dəstək verir. 

Ümumilikdə isə dünya ölkələrinin İrana münasibətdə niyyəti fərqlidir. İranın ərazi bütövlüyü, ölkənin monotlitliyi dəstəklənir. Bəziləri bu məsələyə qarışmaq istəmir. Bu baxımdan Amerikada sözügedən fondda aparılan müzakirə təbii ki, İranın siyasi dairələrində ciddi müzakirə olunur və narahatlıq doğurur. O cür müzakirələr İranın doğrudan da monoetnik bir ölkə olmadığını təsdiqləmiş olur. Əvvəllər İranla bağlı bu kimi məsələlər çox az müzakirə olunurdu. 

Dünya ölkələri İranın etnik tərkibindən xəbərsiz idilər. Hətta  İranda daha çox Azərbaycan türkünün yaşamasından da xəbərsiz idilər. Bizim statistikaya görə İranda 30 milyondan çox azərbaycanlı yaşayır, Bəziləri bu rəqəmin daha çox olduğunu bildirirlər. İran çox millətli dövlətdir, farslar orada etnik çoxluq deyil”.

Millət vəkili bildirib ki,  bu cür müzakirələr daha geniş miqyaada təşkil olunmalıdır: “Müzakirələr bu tempdə davam etsə, bu cür konfranslar davamlı şəkildə təşkil olunsa təbii ki, dünyanın gündəmində özünə yer ala bilər. Amma hazırkı vəziyyətdə bu məsələnin geniş miqyasda müzakirə olunduğunu görmürük. Bu cür müzakirələrin intensivləşməsi ondan xəbər verir ki, Amerika və digər Qərb dövlətlərində İrana münasibət dəyişə bilər”.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12