SON XƏBƏRLƏR

Amerikada İran vətəndaşı 46 ay həbsə məhkum edilib

2021.10.20, 07:36
Amerikada İran vətəndaşı 46 ay həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: Nyu-York Federal məhkəməsi karbon liflər alıb İrana göndərməklə, sanksiyaları pozmaqda günahlandırılan İran vətəndaşını 46 ay həbsə məhkum edib.

 

Behzad Purqənad adlı həmin şəxs karbon lifləri aldıqdan sonra 3-cü ölkə vasitəsilə İrana nəql göndərirmiş.

 

O, digər iki İran vətəndaşı ilə əməkdaşlıq edərək, 2008- 2013-cü illər ərzində 3 dəfə sözügedən məhsullardan alıb. Onlar 2 dəfə  Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan ərazilərindən istifadə etməklə, öz əməllərini yerinə yetirə biliblər. Lakin 3-cü dəfə adı çəkilməyən dövlət həmin şəxsləri karbon lifləri ilə birlikdə saxlayıb və bu barədə Amerikanı məlumatlandırıb.

 

ABŞ Baş prokurorunun köməkçisinin sözlərinə görə, Behzad Purqənad lifləri alarkən saxta sənədlərlə onu hansı məqsədlər üçün istifadə edəcəyini gizlədirmiş.

 

Behzad Purqənad məhsulları alan zaman İranda yaşayırmış. Lakin əməlləri ifşa ediləndən sonra Almaniyada saxlanılaraq ABŞ-a ekstradisiya edilib. O, daha öncə keçirilmiş məhkəmədə özünü təqsirli bilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar