SON XƏBƏRLƏR

Amerikada nəticəsi 15 dəqiqəyə bilinən koronavirus testi hazırlanıb

2021.10.20, 07:36
Amerikada nəticəsi 15 dəqiqəyə bilinən koronavirus testi hazırlanıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusla bağlı qan müayinəsinin nəticəsini 15 dəqiqəyə verən testdən istifadə təsdiqlənib.

 

"Report" “Haber7”yə istinadən xəbər verir ki, testi ABŞ-ın Qida və Farmakologiya İdarəsi təsdiqləyib. 

 

Qanda koronavirusa qarşı istehsal olunan antitellərin səviyyəsini təyin etməyə imkan verən test burun və burun ətrafında RNT izlərini aşkar edən PCR testlərindən daha geniş istifadə üçün daha uyğundur.

 

Bu testin təcili istifadəsinə icazə verilib.

 

Mütəxəssislər bildirib ki, bu, hazırda 6-7 saata nəticə verən RCR-dən daha məhsuldar sayılır.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar