Amerikada prezidentliyə namizədlərin ikinci teledebatı keçirilib

2016-10-10 14:04

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezidentliyə Demokrat namizəd Hillari Klinton və onun Respublikaçı rəqibi Donald Tramp ikinci dəfə teledebatda üz-üzə gəliblər. Debat Missuri ştatının St. Liuz şəhərindəki Vaşinqton Universitetindən keçirilib. Townhall adlanan formatda olan debat zamanı moderatorla yanaşı, prezidentliyə namizədlərə auditoriyadan da səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilər və onlayn istifadəçilər suallar ünvanlayıb.

İkinci teledebatın Donald Trampın cümə günü 2005-ci ildə qadınlar barədə nalayiq sözlər söyləməsini göstərən videonun yayılması və Hillari Klintonun hak olunan emaillərinin sızması barədə müzakirələrin davamı ilə başlayacağı gözlənilir. Belə də oldu.

Tramp 2005-ci ildə baş vermiş hadisəyə görə üzr istəyərək bunu "hazırlıq otağı söhbəti" adlandırıb və bu hadisə ilə fəxr etmədiyini bildirdi. Onun sözlərinə görə, o, dediklərinə görə xəcalət çəkir və bu sözlərə nifrət edir.

Üzrxahlıqa baxmayaraq Klinton dedi ki, bu video Trampın kim olduğunu göstərir. O, habelə Trampın azlıqları, müsəlmanları və müharibə məhbuslarını təhqir etdiyini də dedi.

Tramp Hillari Klintonunun həyat yoldaşı sabiq prezident Bill Klintonu Ağ Evdə qadınlara qarşı seksual təzyiq göstərməkdə ittiham etdi və bildirdi ki, müdafiə prokuroru (dadistan) kimi Hillari 12 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsi müdafiə edib.

Tramp habelə prezident seçiləcəyi təqdirdə Klintonun pozulan 33 min emailini araşdırmaq üçün xüsusi ittihamçı təyin edəcəyini və Klintonun həbsdə olacağını dilə gətirdi.

"Obamacare"-in gələcəyi necə olacaq?

Tramp və Klinton prezident Barak Obamanın imza ilə tanınan səhiyyə proqramının gələcəyi barədə də fikir mübadiləsi apardı.

Klinton etiraf etdi ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trampdan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.

Klintonun sözlərinə görə, o, Ali Məhkəməyə "real dünya təcrübəsi" olan şəxsi təyin edəcək. Tramp isə insanların hörmət etdiyi və konstruktiv bir şəxsi bu vəzifəyə təyin edəcəyini vurğuladı. 

Klinton Trampa vergi sənədlərinə dair hücum etdi. Auditoriyanın "Zəngin amerikalıların ədalətli vergi payı ödəməsini necə təmin edəcəklər" sualına Klinton 20 il bir şəxsin vergi ödəməməsindən heyrətə gəldiyini bildirməklə cavab verdi.

Tramp dedi ki, o, vergi kodunu yaxşı bilməsi ilə fəxr edir. Tramp habelə Klintonun zəngin maliyyə dəstəkçilərinin çoxunun da oxşar işi gördüyünü vurğuladı.

Suriya

Klinton Suriyaya quru qoşunlar göndərməyəcəyini və bunun ağıllı strategiya olmadığını dilə gətirdi.

O, Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikirdə olmaqda ittiham etdi. Klinton Suriyada davam edən vətəndaş müharibəsinə görə Suriya rejimini və Rusiyanı müharibə cinayətlərində cavabdeh tutan səyləri dəstəklədiyini bildirdi.

Tramp dedi ki, o, Suriya hökumət hədəflərinə qarşı hava hücumlarına çağıran mübarizə tərəfdaşı Mayk Penslə razılaşmır. Respublikaçı namizəd şərhlərini əsasən Suriyadakı vəziyyətə görə prezident Barak Obamanı ittiham etmək üzərində qurdu.

Trampın sözlərinə görə, dünya Obamanın Suriyada müharibə barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) qərarıma dair bəyanatına gülürdü. O, habelə dedi ki, Klinton Suriyadakı üsyançıların kim olduğunu bilmir. Tramp həmçinin Suriyada kimlərin silahla təmin edildiyini sual altına aldı.

Auditoruyadan daxil olan son sual zalda hərəkətliliyə səbəb oldu. Belə ki, namizədlərdən rəqiblərinin hansı xüsusiyyətinə hörməy etdikləri soruşuldu.

Hillari Klinton Donald Trampın övladlarına hörmət etdiyini bildirdi. O, dedi ki, rəqibinin demək olar ki, dedi və etdiyi heç bir şeylə razılaşmasa da, övladlarına rəğbətlə yanaşır.

Donald Tramp isə Hillarinin dediyini kompliment hesab etdiyini və övladları ilə fəxr etdiyini bildirdi. Öz növbəsində o, Hillari Klintonun əzmkarlığına və heç zaman vaz keçməməsinə hörmət etdiyini dilə gətirdi.

Başlanğıcdan fərqli olaraq, sonda namizədlər əl sıxışdılar. (Amerikanın səsi)

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17