SON XƏBƏRLƏR

Amerikada saxlanılan Mərziyə Haşimi azadlığa buraxılıb

2021.10.20, 07:36
Amerikada saxlanılan Mərziyə Haşimi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: İranın ingilisilli xəbər kanalı olan “Press TV” öz əməkdaşı Mərziyə Haşiminin azadlığa buraxıldığı barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Mərziyə Haşimi 11 gün təcridxanada saxlanıldıqdan sonra bu gün azad edilib.

 

Amerika və İran vətəndaşı olan Mərziyə Haşimi yanvar ayının ortalarında ABŞ-da Sent-Luis hava limanında saxlanılmışdı. Daha sonra keçirilmiş məhkəmədə Amerika Federal Polisi (FBİ) Mərziyə Haşimiyə qarşı heç bir ittiham irəli sürülmədiyini, onun bir cinayət işinin əsas şahidi olduğuna görə həbs edildiyini bildirmişdi.

 

Qeyd edək ki, ABŞ federal qanunlarına əsasən, bir şəxs müəyyən cinayət işi ilə bağlı şahid kimi sayıldığı təqdirdə, prosesdən yayındığına görə məhkəmədə şahidlik edəcəyi günə qədər həbs oluna bilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar