Amerikadan dənizçilərə xəbərdarlıq: “Sepah”la əlaqədə olan gəmilərlə əməkdaşlıq etsəniz Amerika vizasından məhrum ediləcəksiniz”

16.08.2019, 12:42

GünazTV: Amerikanın Dövlət Departamenti avqustun 15-də bəyanat yayaraq, “Sepah”la əlaqədə olan gəmilərlə əməkdaşlıq edən dənizçilərə xəbərdarlıq edib.

 

ABŞ Dövlət Departamentinin xəbərdarlığı, Cəbəlüttariq hökumətinin ay yarıma yaxındır saxladığı İrana məxsus “Grace 1” neft tankerini azad etməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Nazirliyin “Twitter” səhifəsində yayılan bəyanatda bildirilir ki, İranın neft tankeri “Sepah” terror təşkilatının Suriyadakı qüvvələrinə yardım etmək məqsədilə bu ölkəyə gedirmiş: “ABŞ Dövlət Departamentinin gəldiyi qənaətə görə, İran rejimi bu tanker vasitəsilə öz neftini Suriyaya daşımaqla bu ölkədəki “Sepah” qüvvələrinə yardım etmək niyyətində olub.

 

Hesab edirik ki, belə bir addım “Grace 1”lə əlaqədə olan bütün şəxslərə ciddi problemlər yarada bilər. Bildiririk ki, Sepah”la əlaqəli gəmilərlə əməkdaşlıq edən dənizçilər Amerika vizasından məhrum ediləcək və bu kimi şəxslərə Amerika vizası verilməyəcək”.

 

İranın 40 gündən çoxdur Cəbəlüttariqdə saxlanılan “Grace 1” adlı neft tankeri avqustun 15-də azad edilib. Cəbəlüttariq məhkəməsi rəsmi Vaşinqtonun tankerin saxlanılmasına təkidinə baxmayaraq, “Grace 1”in azad edilməsi lehinə qərar verib. Bildirilir ki, İran tərəfi neft tankerinin Suriyaya doğru istiqamət götürməyəcəyi barədə üzərinə öhdəlik götürüb və məhz həmin öhdəlikdən sonra tankerin azad edilməsinə qərar verilib.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab olaraq, Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda onlarla iş yeri hicabsızlıq və orucluq ayına görə bağlandı

2023-03-30

gun az article

İsrail: "İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28

gun az article

Ukraynada İranın daha 12 PUA-sı vuruldu

2023-03-29

gun az article

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

2023-03-29

gun az article

Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

2023-03-29

gun az article

İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız səfər edə biləcək

2023-03-29

gun az article

“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

2023-03-29

gun az article

Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

2023-03-29

gun az article

XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidini bölüşür

2023-03-29

gun az article

Azərbaycan və İsrail XİN rəhbərləri Yerusəlimdə görüşü başlayıb

2023-03-29

gun az article

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

2023-03-29

gun az article

Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

2023-03-29

gun az article

Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - Şok

2023-03-29