SON XƏBƏRLƏR

Amerikadan İran rəsmilərinə cavab: “Bizim sanksiyalar qida, dərman və tibbi təchizatlara şamil olunmayıb”

2021.10.20, 07:36
Amerikadan İran rəsmilərinə cavab: “Bizim sanksiyalar qida, dərman və tibbi təchizatlara şamil olunmayıb”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsünün müavini Robert Paladino İran rəsmilərinin son sözlərinə münasibət bildirib.

 

O, ilk öncə İran xalqının bu cür dağıdıcı selə və təlafatlara məruz qalmasına görə üzüldüklərini bəyan edib.

 

Son günlər xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, İran rəsmiləri sanksiyalar səbəbindən seldən zərər çəkənlərə yardım göstərilməsinin mümkün olmadığını deyirlər və buna görə ABŞ-ı günahlandırırlar. Bu fikirlərə münasibət bildirən Paladino ölkəsinin rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaların qida, dərman və tibbi təchizatlara şamil olunmadığını deyib.

 

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 57 nəfər həlak olub, 500-ə yaxın insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib. İran rəsmiləri selin meydana gətirdiyi fəlakətləri aradan qaldırmaq iqtidarında deyillər. Buna görə də ictimai fikri yayındırmaq üçün bunun səbəbini Amerikanın qəbul etdiyi sanksiyalarla əlaqələndirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar