SON XƏBƏRLƏR

Amerikalı alim İranda həbsdə olan azərbaycanlı fəalların vəziyyəti ilə bağlı narahatlığını bildirib

2021.10.20, 07:36
Amerikalı alim İranda həbsdə olan azərbaycanlı fəalların vəziyyəti ilə bağlı narahatlığını bildirib

Gunaz.tv

GünAz TV: Məşhur amerikalı alim,  Harvard universitetinin professoru Brenda Shaffer İran həbsxanalarında saxlanılan azərbaycanlı fəalların səhhəti ilə bağlı narahatlığını bildirib.

 

 

Brenda Shaffer öz Twitter səhifəsində İranın müxtəlif həbsxanalarında koronavirusa yoluxmalar və həbsdə olan milli fəallar barədə bir xəbər paylaşaraq belə yazıb : “İranda həbsdə olan milli fəalların səhhəti ilə bağlı narahatlıqlar artır.”

 

 

Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadə koronavirusa yoluxma təhlükəsinə baxmayaraq bu günədək həbsdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəallardandır. İran rejimi  Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq onların məzuniyyətə çıxmasına imkan vermir.

 

 

Qeyd edək ki, Brenda Shaffer beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Onun ən məşhur əsərlərindən biri “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin sorunu” kitabıdır. İllər öncə fars dilinə tərcümə edilən əsərin bütün nüsxələri qısa müddətdə satılıb, kitab oxucuların böyük rəğbətini qazanıb.

 

 

Alim Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidentidir. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar