SON XƏBƏRLƏR

Amerikalı demokrat: “Maddi sübutlar İranın iki neft tankerinə edilən hücumda əli olduğunu təsdiqləyir”

2021.10.20, 07:36
Amerikalı demokrat: “Maddi sübutlar İranın iki neft tankerinə edilən hücumda əli olduğunu təsdiqləyir”

Gunaz.tv

GünAz TV: Tanınmış demokrat konqresmen Adam Şif İranın Oman dənizində iki neft tankerinə qarşı baş vermiş hücumda əlinin olduğu barədə şübhənin olmadığını deyib.

 

O, “Fox” TV-yə verdiyi müsahibədə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yayılmış videoda da iranlı hərbçilərin tankerlərin birindən partlamamış minanı çıxarmağa, bununla da etdikləri cinayətləri gizlətməyə çalışdığını bildirib.

 

Konqresmenin sözlərinə görə, hazırda problem Amerikanın müttəfiqlərini İranın bu addımına qarşı verəcəyi cavab ətrafında birləşdirməkdir. O əlavə edib ki, rəsmi Vaşinqton bu istiqamətdə danılmaz faktlarla bir çox regional və beynəlxalq müttəfiqini qane edib.

 

Digər tərəfdən, iyunun 16-da ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Oman dənizində baş vermiş hadisədə İranın əlinin olduğu ilə bağlı şübhə mövcud olmadığını deyib.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində 2 neft tankeri hücuma məruz qalmışdı. Hadisədən bir neçə saat sonra Amerika hücuma görə İranı günahlandırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar