SON XƏBƏRLƏR

Amerikalı diplomat: “İranın raket proqramı regionda höm sürən qeyri-stabil vəziyyətin ən böyük səbəbkarıdır”

2021.10.20, 07:36
Amerikalı diplomat: “İranın raket proqramı regionda höm sürən qeyri-stabil vəziyyətin ən böyük səbəbkarıdır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədrinin köməkçisi Yelim Poblette İranın raket proqramı və bu ölkə tərəfindən Livan və Yəməndə olan müttəfiqlərinə silah-sursat göndərilməsini regionda silahlanma rəqabətinin artması istiqamətində əsas səbəb olduğunu bildirib.

 

Martın 19-da Cenevrədə Birləşmiş Millətlər Təşkilatının tərki silah mövzusunda keçirilmiş toplantısında çıxış edən amerikalı diplomat bəzi ölkələrdən bu prosesin dayanması üçün İrana raket texnologiyalarını göndərməkdən imtina etmələrini istəyib.

 

Yelim Poblettenin sözlərinə görə, İran nüvə başlıqlar, eləcə də raket başlıqları üçün bioloji və kimyəvi silahlardan istifadə edə biləcəyindən, rəsmi Tehranın raket proqramını dayandırmaq üçün bütün zəruri addımlar atılmalıdır.

 

Yaxın Şərq regionunda hakim olan qeyri- stabil vəziyyətə də toxunan amerikalı diplomat bunun səbəbinin də İranın raket proqramı olduğunu qeyd edib: “İran husilərə raket və pilotsuz uçan aparatlar verib. Onlar isə öz növbəsində bu təchizatlarla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə hücum edirlər”- deyə Poblette əlavə edib.

 

Adı açıqlanmayan iranlı diplomat Amerika rəsmisi tərəfindən səsləndirilən bu fikirlərin BMT-nin tədbirini “qarışdırdığı”nı deyib. İran tərəfi bu toplantıdan öncə də hər zaman bildirib ki, “Amerika rəsmilərinin fikirləri zorakılıq təhlükəsini daha da artırır”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar