SON XƏBƏRLƏR

Amerikalı rəsmi Ərəbistanın neft təsisatlarına İranın hücum etdiyini bəyan edib

2021.10.20, 07:36
Amerikalı rəsmi Ərəbistanın neft təsisatlarına İranın hücum etdiyini bəyan edib

Gunaz.tv

GünAz TV: Adının açıqlanmadığı Amerikanın yüksək vəzifəli rəsmilərindən biri "ABC News" xəbər kanalına bildirib ki, Ərəbistanın mərkəzində neft təsisatlarına edilmiş hücumu İran həyata keçirib.

 

O, İranın bu hücumu 10-dan çox qanadlı raket və 20-dən çox pilotsuz uçan aparatdan istifadə etməklə, öz torpağından həyata keçirdiyini qeyd edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü, səhər saatlarında Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan "Aramco"-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib.

 

Hücumdan qısa müddət sonra İranın dəstəklədiyi husi yaraqlıları məsuliyyəti öz üzərilərinə götürsələr də, Amerika bunun İranın özü tərəfindən həyata keçirildiyini bəyan edir.

 

Sözügedən rəsmi əlavə edib ki, bu, birbaşa rəsmi Tehranın işidir. O, Husilərin məsuliyyəti öz üzərilərinə götürməyə çalışmalarına baxmayaraq, raket və dronların uçduğu istiqamətlə bağlı aparılan ilkin araşdırmaların əslində hücumun İran tərəfindən həyata keçirildiyini göstərdiyini vurğulayıb..

 

O, həmçinin prezident Donald Trampın da bu fikirdə olduğunu, lakin lazımi cavab addımları atmaq üçün Səudiyyə Ərəbistanının hücum edən tərəfi rəsmən bəyan etməsini və ABŞ-dan kömək istəməsini gözlədiyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar