SON XƏBƏRLƏR

Amerikalılar məlumatı 1400 il ərzində saxlayan sistem hazırlayıblar

2021.10.20, 07:36
Amerikalılar məlumatı 1400 il ərzində saxlayan sistem hazırlayıblar

Gunaz.tv
Amerikalılar məlumatı 1400 il ərzində saxlayan sistem hazırlayıblar article_1209274390.gif Kaliforniya Universitetinin tədqiqatçıları məlumatları 1400 il ərzində saxlamaq imkanına malik sistem hazırlayıblar. Pergamum adlandırılan bu sistem SATA sərt disklərinin üzərində düzəldilib. Dəqiqədə 7200 dövriyyə sürətli vinçesterdən başqa, Pergamum-un hər bir hissəsi bir qiqabayt həcmli fləş-yaddaş NAND modulu ilə təchiz olunub. Oyuğun işi 400 meqahersli ARM 9 prosessoru ilə idarə olunur. Sistemin hissələri şəbəkə kabeli ilə birləşdirilib. Sərt diskin fəaliyyət dövrü artırılması fləş-yaddaşın istifadəsi hesabına təmin olunub. Sistemin tərtibatçıları qeyd edirlər ki, informasiyanın fləş-yaddaşa yüklənilmə dövriyyəsinin sayının məhdud olması Pergamum-un zəif nöqtəsi olmayacaq. Məlumatların ildə təxminən min dəfə yüklənilməsi gözlənilir. Bu zaman keyfiyyətli fləş-yaddaş bir milyon yükləmə dövriyyəsini dəstəkləmək imkanına malikdir. Hazırda Pergamum yalnız layihə kimi mövcuddur. Tədqiqatçıların hesablarına görə, 10 petabayt həcmli bu cür sistemin dəyəri 4700 ABŞ dolları təşkil edəcək. Bu zaman onun illik xidmət dəyəri 50 ABŞ dollarına başa gələcək. Hazırda mövcud məlumat saxlama sistemlərinin arasında ən uzun müddətlisi məlumatları 50 il ərzində saxlamaq imkanına malik optik daşıyıcılardır. Qeyd edək ki, stolüstü kompüter vinçesterinin orta statistik fəaliyyət dövrü 5 idən 7 ilədək təşkil edir. Bəhruz alma qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar