SON XƏBƏRLƏR

“Amerikanı qüdrətli dövlət etmişəm” - Tramp

2021.10.20, 07:36
“Amerikanı qüdrətli dövlət etmişəm” - Tramp

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp seçkiqabağı kampaniyasının “Make America Great Again” şüarını yerinə yetirdiyini deyib.

 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Tramp Tvitter səhifəsində Amerikanı yenidən qüdrətli ölkə etdiyini yazıb:

“Bəli, mən artıq Amerikanı qüdrətli dövlət etmişəm. Siz təkcə fond bazarlarına, iş yerlərinə, silahlı qüvvələrə baxın. Biz rekord qırırıq və hər şey daha da yaxşı olacaq”. 

 

Qeyd edək ki, Tramp bunları siyasi rəqibi olan Nyu-York qubernatoru Endryu Kuomonun “Amerika heç vaxt qüdrətli dövlət olmayıb” sözlərinə cavab olaraq yazıb. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar