Martın 7-də Amerikanın 2 ədəd B-52H “Stratofortresses” bombardmançı təyyarələri İrana xəbərdarlıq üçün yenidən Orta Şərq regionu və körfəz səmasında uçuşlar həyata keçiriblər.
Gunaz.tv
“Assoşeytedpress” agentliyinin ABŞ-ın Mərkəz Komandanlığına (CENTCOM) istinadən, bu dəfəki uçuşlarda Amerika bombardmançı təyyarələrini İsrail, Səudiyyə Ərəbistanı və Qətər qırıcıları müşayiət edib.
ABŞ-ın Mərkəz Komandanlığı (CENTCOM) isə bəyanat yayaraq, İsrail, Səudiyyə Ərəbistanı və Qətər qırıcılarının uçuşlara qatılması ilə bağlı yayılan xəbərləri təsdiq edib.
“CENTCOM”ın yaydığı bəyanatında birbaşa İranın adı çəkilməsə də, bildirilir ki, bu uçuşların həyata keçirilməsində məqsəd, düşmənin hər hansı bir təxribat xarakterli addımının qarşısını almaq, ABŞ-ın öz regional müttəfiq və tərəfdaşlarının təhlükəsizliyini qorumaq, Vaşinqtonun bununla bağlı üzərinə götürdüyü hərbi öhdəliklərinə sadiq qaldığını nümayiş etdirmək və regionun təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, bölgədə Amerika ilə İran arasında gərginliyin artdığı bir vaxtda, cari ilin əvvəlindən indiyədək bu Amerika Birləşmiş Ştatlarının nüvə başlıqları daşımağa qadir olan B-52H bombardmançılarının rəsmi Tehrana qarşı xəbərdarlıq məqsədilə gerçəkləşdirdiyi 4-cü uçuşudur.
A.M