Amerikanın Bağdaddakı səfirliyi: “Əli Xamneyinin 200 milyard dollarlıq sərvəti var”- FOTOLAR

28.04.2019, 16:46

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Bağdadda akkreditə olunmuş səfirliyi İranın “dini lider”i Əli Xamneyinin 200 milyard dollar mülkiyyətə sahib olması barədə öz rəsmi “Facebook” səhifəsində məlumat paylaşıb.

 

Məlumatda bildirilir ki, “korrupsiya ötən 40 ildə İran rejiminin rəhbərliyindən tutmuş bütün icra orqanlarına qədər kök atıb, hansı ki, xalq ağır iqtisadi vəziyyətə üzündən, kasıblıqla mübarizə aparır. Təkcə İran İslam Respublikasının dini lideri Əli Xamneyinin sərvəti 200 milyard dollara yaxındır”.

 

 

Amerika rəsmiləri və dövlət orqanları, eləcə də media resursları bundan öncə də dəfələrlə “dini lider”in sərvəti barədə məlumatlar yayıblar.

 

ABŞ dəfələrlə İran siyasi sisteminin korrupsiyalaşdığını bəyan edib. O cümlədən Dövlət Departamentinin Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə 2018-ci ilin dekabrın 9-da yaydığı bəyanatda bir daha İran hökumətinin rüşvətxorluğu ifşa edilmişdi.

 

 

 

“Təssüflə İran xalqına bildirmək istəyirik ki, onların hökuməti rüşvətxor ikiüzlülərdən ibarətdir. Bu şəxslərdən biri vergi ödəməyən və milyardlarla dollar vəsaitə sahib investisiya fondu olan Ayətullah Əli Xamneyidir. Müqəddəs insan hesab edilən dini lider dini azlıqların sərvətini mənimsəyərək, nağd pul şəklində Sepaha verir”- deyə Departamentin rəsmi “Twitter” hesabında yayımlanmış bəyanatda qeyd edilirdi.

 

Bundan öncə Demokratiyaların Müdafiəsi Fondunun İran üzrə analitiki Tzvi Kahn “Washington Post” qəzeti tərəfindən dərc edilən məqaləsində “Xamneyinin 200 milyard dollar sərvəti olan ticari imperiyanı idarə etdiyi”ni yazmışdı.

 

2013-cü ildə isə "Reuters" agentliyi 6 ay sürən araşdırmadan sonra İranın "dini lider"i Əli Xamneyinin 95 milyard dollarlıq sərvətə sahib olduğunu üzə çıxarmışdı. Araşdırmaların nəticələrinə görə, Xamneyinin nəzarət etdiyi "Setad" adlı ticari imperiya valyuta bazarı, neft sənayesi və telekommunikasiya sahəsindən tutmuş hamiləlik əleyhinə dərmanların istehsalına qədər iqtisadiyyatın bütün sahələrini ələ keçirib. "Reuters"in tədqiqatları həmçinin "Setad"ın ilkin sərmayəsinin dini azlıqlar, biznesmenlər və xaricdə yaşayan vətəndaşlar kimi sıravi xalqın mülkiyyət və sərvətini müsadirə etməklə formalaşdığı barədə dəlillər təqdim etmişdi.

 

 

 

Digər tərəfdən, ABŞ Dövlət Departamenti “Twitter” sosial şəbəkəsində davamlı olaraq “İran rejiminin rüşvətxor məmurları” başlığı altında paylaşdığı məlumatlar çərçivəsində bu günlərdə “Sepah” terror təşkilatının sabiq komandanı, hazırda isə Əli Xamneyinin köməkçisi və ali müşaviri olan Yəhya Rəhim Səfəvinin rüşvətxor əməllərini ifşa edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24