SON XƏBƏRLƏR

Amerikanın digər hücum eskadrası Yaxın Şərqə çatıb

2021.10.20, 07:36
Amerikanın digər hücum eskadrası Yaxın Şərqə çatıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının digər hücum eskadrası “USS Boxer” Yaxın Şərq sularında lövbər salıb.

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanata əsasən, eskadranın tərkibində “USS John Pimartha” və “USS Harpers Ferry” tipli döyüş gəmiləri də regiona gəlib. Gəmilər qrupu ABŞ-ın 5-ci Dəniz Donanmasının Bəhreyndə yerləşən missia sahəsinə daxil olub.

 

“USS Boxer” döyüş gəmisi daha öncələr, 2003-cü ildə ABŞ-ın İraqa hücumu zamanı da regionda mənzillənmişdi. 2-ci dəfə gəmi 2016-cı ildə Amerikanın Suriya və İraqda İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi hava hücuma dəstək olmaq üçün bölgəyə ezam edilmişdi.

 

Bəyanata əsasən, “USS Boxer” 11-ci Hərbi Dəniz Piyadaları Briqadası və helikopterlərlər birgə bölgəyə gəlib.   

 

Xatırladaq ki, mayın 5-də Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrana açıq mesaj vermək üçün “USS Abraham Linkoln” gəmisi ilə birlikdə B-52 tipli strateji bombardımançıların regiona göndəriləcəyini bildirmişdi. Bölgədə yerləşdikdən sonra iyunun 1-də bu gəminin iştirakı ilə ABŞ-ın regionda müştərək hərbi təlimi keçirilmişdi.

 

ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra körfəzə göndərdiyi ilk gəmi 2018-ci ilin dekabrın 21-də regiona çatan “USS Con Stennis” olmuşdu.

 

Bundan əlavə, ötən aylar ərzində Vaşinqton körfəzdə sabitliyi qorumaq üçün Yaxın Şərq bölgəsinə əlavə minlərlə hərbi qulluqçu göndərib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar