SON XƏBƏRLƏR

Amerikanın Dövlət Departamenti İranın adını dinlərin azadlıq hüququnu pozan ölkələr siyahısına qaytarıb

2021.10.20, 07:36
Amerikanın Dövlət Departamenti İranın adını dinlərin azadlıq hüququnu pozan ölkələr siyahısına qaytarıb

Gunaz.tv

GünazTV: Amerikanın Dövlət Departamenti İranın adını dinlərin azadlıq hüququnu pozan ölkələr siyahısına qaytarıb.

 

Bu barədə dövlət katibi Mayk Pompeo dekabrın 20-də bəyanat yayıb.

Bəyanatda deyilir ki, Tramp hökumətinin dinlərin azadlığına dəstək siyasəti istiqamətində İran İslam Respublikasının adını dinlərin azadlıq hüququnu pozan ölkələr siyahısına daxil edib: “ABŞ-ın Dövlət Departamenti dekabrın 18-də İran, Birma (Myanmar), Çin, Eritreya, Şimali Koreya, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan adları dinlərin azadlıq hüququnu pozan ölkələr siyahısına qaytarıb.

Amerika Birləşmiş Ştatları dinlərin azadlıq hüququnu pozan bütün qurumları və fiziki və hüquqi şəxsləri cavabdeh olmağa vadar edəcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar