SON XƏBƏRLƏR

Amerikanın hərbi təyyarəsi Ukrayna səmasında

2021.10.20, 07:36
Amerikanın hərbi təyyarəsi Ukrayna səmasında

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) və onun müttəfiqləri Rusiyanın Ukrayna gəmilərinə hücum etməsindən sonra Kiyevə dəstək məqsədi ilə Ukrayna üzərində hərbi təyyarəsini havaya qaldırıb.

 

Pentaqon sözçüsü Erik Pahon “Amerikanın Səsi”nə bildirib ki, OC-135 təyyarəsində ABŞ, Kanada, Almaniya, Britaniya, Rumıniya və Ukrayna müşahidəçiləri olub.

 

Ordunun bəyanatında deyilir ki, Rusiyanın Kerç boğazında noyabrın 25-də həyata keçirdiyi hücum provokasiyaların artması və təhlükəli əməllərinin eskalasiyasının göstəricisidir.

 

Pahon bildirib ki, müşahidə təyyarəsi noyabrın 30-da Vaşinqton bazasını tərk edib, Almaniyada eniş etdikdən sonra Ukrayna səmalarına istiqamət alıb.

 

Bu arada CNN xəbər verir ki, Birləşmiş Ştatlar öz hərbi gəmisini Qara dənizə göndərməyi planlaşdırır.

 

Hazırda Rusiya və Ukrayna arasında Azov dənizində baş vermiş insidentə görə gərginlik xeyli yüksəlib.

 

Telekanal bildirib ki, ABŞ hərbiyyəsi Dövlət Departamentindən bu barədə Türkiyəyə bildiriş göndərilməsini xahiş edib.

 

Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazları Türkiyənin yurisdiksiyasına daxildir və buradan xarici gəmilərin keçməsinə Türkiyə icazə verməlidir. Belə bir icazənin alınması üçün 15 gün əvvəl bildiriş göndərilməlidir.

 

CNN bu xəbərləri adlarını çəkmədiyi üç ABŞ rəsmisinə istinadən yayıb.

 

Bu mənbələrdən ikisi bildirir ki, qərar hələ tam qətiləşdirilməyib və söhbət yalnız bir hərbi gəminin boğazlardan keçidindən gedir.

 

ABŞ 6-cı Donanmasının sözçüsü kapitan Kayl Reyns CNN-ə deyib ki, donanma öz nəzarət zonasına düşən dənizlərdə təhlükəsizlik və sabitliyin qorunması üçün vaxtaşırı əməliyyatlar keçirir.

"Beynəlxalq qanun və normalar bizə sərbəst əməliyyat aparmaq hüququ verir”.

NATO-nun bir sıra üzvləri Qara dəniz sahilində yerləşir və ABŞ Rusiyanın narahatlığına baxmayaraq bu dənizə ara-sıra öz gəmilərini göndərir.

 

2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı ABŞ 6-cı Donanması özünün flaqmanı olan USS Mount Whitney gəmisini Tbilisiyə dəstək olaraq Gürcüstan sahillərinə yerləşdirmişdi.

 

Bundan başqa ABŞ-ın kəşfiyyat təyyarə və dronları Qara dənizin sahili boyunca, o cümlədən Rusiyanın ilhaq etdiyi Krım yarımadasının yaxınlığında müntəzəm uçuşlar edir. (Amerikanın səsi)

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar