SON XƏBƏRLƏR

Amerikanın koronavirus səbəbindən İran sanksiyalarını ləğv etmək planı yoxdur

2021.10.20, 07:36
Amerikanın koronavirus səbəbindən İran sanksiyalarını ləğv etmək planı yoxdur

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları koronavirus səbəbindən İrana qarşı qəbul edilmiş iqtisadi sanksiyaları ləğv etməyi düşünmür.

 

Bu barədə adları açıqlanmayan amerikalı diplomatik mənbələr "Reuters" agentliyinə məlumat veriblər. Onlar bildiriblər ki, ABŞ-ın mövqeyi aydındır. İranın nüvə və raket proqramlarını, həmçinin regionda terror təşkilatlarına göstərdiyi dəstək və təxribatçıları dayandırmadığı təqdirdə, embarqolar davam edəcək.

 

Ötən günlər ərzində İran prezidenti Həsən Ruhani və Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif dünya ölkələrini rəsmi Vaşinqtona təzyiq göstərərək, koronavirusun İranda kəskin yayıldığı mövcud şəraitdə rəsmi Tehrana qarşı qəbul edilmiş sanksiyaların ləğv edilməsinə çalışmağa çağırmışdılar.

 

Məsələyə münasibət bildirən ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Hukda embarqoların ləğv edilməyəcəyini deyib.

 

"Amerika sanksiyaları İrana dərman və qida kimi humanitar məhsullar göndərməyin qarşısını almır. İranda koronavirusun yayılmağa başladığı ilkin günlərdə Amerika hökuməti İrana pandemiya ilə mübarizədə kömək etməyə hazır olduğunu bəyan etmişdi. Lakin İslam Respublikası dərhal kömək təklifini rədd etmişdi", - deyə Huk əlavə edib.

 

Digər tərəfdən, rəsmi Vaşinqton bəyan edib ki, İran ehtiyac duyduğu hər növ humanitar əmtəələri İsveçrənin işə saldığı xüsusi maliyyə kanalı vasitəsilə əldə edə bilər.

 

Qeyd etmək lazımdır ki, bu günə qədər dünyanın bir neçə ölkəsi İrana koronavirusla mübarizə üçün maddi və ya humanitar yardımlar göstərib. Ümumdünya Səhiyyə Təşkilatıda bir neçə gün öncə İrana humanitar yardımlar göndərmişdi. Lakin ötən günlər ərzində iranlı sosial şəbəkə istifadəçilərinin yaydıqları videolarda "Sepah"ın həmin məhsulların bir qismini oğurlayaraq, bazarda baha qiymətə satdığı deyilirdi. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar