SON XƏBƏRLƏR

Amerikanın Prezident Administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır

2021.10.20, 07:36
Amerikanın Prezident Administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın təhdidindən sonra Prezident Administrasiyası İraqa qarşı mümkün sanksiyalar hazırlmağa başlayıb.

 

APA-nın "Washington Post"a istinadən verdiyi xəbərə görə, bu barədə adının açıqlanmasını istəməyən üç rəsmi şəxs deyib.

 

Rəsmilər bildirib ki, sanksiyaların tətbiqinə başlanarsa, Maliyyə Departamenti və Ağ Ev aparıcı rol oynayacaq. Onlar qeyd edib ki, bu addım atılarsa, ABŞ-ın demək olar ki, iyirmi ilə yaxın bir müddətdə yüz milyardlarla dollar dəstək verdiyi xarici bir müttəfiqinə qarşı olduqca qeyri-adi bir hərəkət olacaq.

 

Rəsmilərin sözlərinə görə, danışıqlar ilkin mərhələdə olduğu üçün sanksiyaların tətbiqi ilə bağlı son qərar verilməyib.

 

Xatırladaq ki, İraq parlamenti xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının bu ölkədən çıxarılacağı təqdirdə İraqa sanksiyalar tətbiq ediləcəyini deyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar