“Amerikanin səsi”: İran millətçiləri "Türk Bölgələri Fraksiyası"na qarşı kampaniya başladıb - VİDEO

2016-11-08 12:43

GünAz TV: Oktyabr ayının son günlərində 100 millət vəkilinin yer aldığı "Türk Bölgələri Fraksiyası"nın İran Parlamentində təsisi xəbərinin yayılmasından sonra İran millətçiləri geniş kampaniya başladaraq fraksiyanın “İranın milli birliyinə qarşı təhdid” olduğunu irəli sürürlər.

 

İran mediasının məlumatında və sosial şəbəkələrdə yayımlanan şəkillər və videolarda İran millətçiləri bəyanatlar yaymaq, sosial şəbəkələrdə kampaniya təşkil etmək və müxtəlif tədbirlərə qatılan Türk Fraksiyası liderlərinin yolunu kəsmək şəklində etiraz bildirirlər.

 

O cümlədən, sosial şəbəkələr və internet portallarında nəşr edilən bir videoda noyabrın 5-də Tehranda keçirilən mətbuat sərgisinə qatılan Türk Bölgələri Fraksiyası başqanı Məsud Pezeşkiyanın bir qrup İran millətçisi tərəfindən əhatə edildiyi görünür.

 

“Amerikanın səsi”nin yaydığı məlumata görə, Kərəc şəhərində yaşayan tanınmış türk fəal və yazar Həsən Raşidi mətbuat sərgisində yaşananların şahidi olub.

 

O, bu haqda öz Facebook səhifəsində belə yazır:

“Onlar Dr. Pezeşkiyanı əhatə edib, ədəbsiz bir davranış və yüksək səslə ona hücum etdilər. Türk Fraksiyasının təşkilini qanun pozuntusu, etnikçilik, separatçılıq təbliğatı və İranın milli mənafeyinə təhlükə olduğunu ifadə etdilər... Mən də bu fraksiyanın milli mənafeyə zidd olmayıb, əksinə ölkənin inkişafı üçün gərəkli olduğunu söylədim... Etnik cəmiyyətlərin tələblər və ehtiyaclarını nəzərə almadan milli mənafenin mənasız olduğunu anlatdım... Ancaq, onlardan biri hirslənərək ‘Siz Ərdoğanın casususunuz!’ dedi...”

 

Təbrizin islahatçı millət vəkili və sabiq səhiyyə naziri Məsud Pezeşkiyan Türk Bölgələri Fraksiyasının başqanı olmaqla bərabər İran Parlamenti başqanının birinci müavinidir.

 

Bir qrup tarixçi isə İran mediasında yayımladığı bəyanatda İran Parlamentinin başqanı Əli Laricaniyə müraciət edərək Türk Fraksiyasının “Böyük və Bütov İranın” bölünməsinə zəmin yaradacağını önə çəkiblər.

 

Kollektiv etirazlardan əlavə, bir çox iranlı siyasətçi, yazar, siyasi fəal və jurnalist mətbuat və sosial şəbəkələrdə Türk Fraksiyasına qarşı mövqe bildiriblər.

 

İran Parlamentində "Türk Bölgələri Fraksiyası"nın təşkili Güney Azərbaycan və türklərin yaşadığı digər vilayətlərdə yerləşən siyasətçilər, media mənsubları və türk fəallar tərəfindən müsbət qarşılanıb. Onlar bu fraksiyanın təsisini xüsusilə İranda türk varlığının tanınması istiqamətində önəmli bir addım kimi hesab edirlər.

 

Türk Bölgələri Fraksiyası başqanı Məsud Pezeşkiyanın bir qrup İran millətçisi tərəfindən əhatə edildiyi Video:

https://www.youtube.com/watch?v=IRw4PuOO9hg

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19