SON XƏBƏRLƏR

Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

2021.10.20, 07:36
Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

Gunaz.tv

GünAz TV: ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edəcək.


APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, C. Cefri 8-9 noyabrda Ankarada və İstanbulda Türkiyə rəsmiləri və Suriya müxalifətinin üzvləri ilə görüşəcək.


Görüşlərdə Suriyanın şimal-şərqindəki vəziyyəti, Suriya münaqişəsi üzrə BMT-nin 2254 saylı qətnaməsinin həyata keçirilməsi və İŞİD-lə mübarizə müzakirə olunacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar