SON XƏBƏRLƏR

Şamil Ayrım: “Türkiyədən olan iş adamları Şuşanı ziyarət edəcək”

2021.11.03, 08:36
Şamil Ayrım: “Türkiyədən olan iş adamları Şuşanı ziyarət edəcək”

Gunaz.tv

Bu fikirləri Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) Qarabağ zəfəri ilə bağlı İstanbulda keçirdiyi tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Şamil Ayrım qeyd edib ki, Qarabağın yenidən qurulmasında və oradakı bərpa işlərinin yüksək səviyyədə təşkil olunmasında iş adamlarının rolu böyükdür :

“Türkiyədəki azərbaycanlı iş adamlarının çox böyük nailiyyətləri var. Bu olduqca ümidvericidir. Buradakı iş adamları da Qarabağda investisiyalar yatırmaqda maraqlıdılar və inanıram ki işğaldan azad edilmiş torpaqlarımızın dirçəlməyində bu amil xüsusi rol oynayacaq”.(report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar