“Amnesty International” İran rəsmilərindən Şahnaz Əkməliyə qarşı çıxarılmış həbs hökmünü dərhal ləğv etməyi tələb edib- FOTO

09.10.2019, 17:28

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı- “Amnesty International” İran rəsmilərindən insan haqları fəalı Şahnaz Əkməliyə qarşı çıxarılmış 1 il həbs hökmünü dərhal ləğv etməyi tələb edib.

 

Təşkilatın Twitter səhifəsində dərc edilən yazıda qeyd edilir ki, əgər 2009-cu il Aşura hadisələrində öldürülən Mustafa Kərimbiginin anası Şahnaz Əkməliyə qarşı çıxarılmış 1 il həbs hökmü qüvvəyə minsə, o, insan haqlarını qorumaq uğrunda göstərdiyi fəaliyyətlərə görə həbs edilmiş əqidə məhbusu hesab ediləcək.

 

 

Yazıda həmçinin xanım Əkməlinin barəsində İranda 2009-cu il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edərkən öldürülənlərin ailələrini müdafiə etdiyi, eləcə də oğlunun qətlə yetirilməsinə görə ədalət tələb etdiyi üçün “dövlət əleyhinə çalışma” ittihamı ilə bir il həbs cəzasının çıxarıldığı vurğulanır.

 

Xatırladaq ki, Şahnaz Əkməliyə qarşı ötən on ildə oğlunu öldürən hüquq mühafizə orqanlarının işçilərinin tapılaraq cəzalandırılması üçün çalışdığına görə, bir neçə gün öncə “dövlət əleyhinə təbliğat və fəaliyyət” ittihamı ilə 1 il həbs hökmü, ölkədə çıxma, siyasi və sosial şəbəkələrdə fəaliyyət qadağaları  çıxarılmışdı. Keçirilmiş apelyasiya məhkəməsi də hökmləri olduğu kimi qüvvədə saxlamışdı.

 

Onun oğlu Mustafa Kərimbigi 2009-cu ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən xalq etirazları zamanı, Aşura günündə baş nahiyəsindən güllə yarası alaraq ölmüşdü.

 

 

Yayılan xəbərlərə əsasən, o zaman təhlükəsizlik qüvvələri onun cəsədini ailəsinə təhvil vermək üçün bir neçə şərt irəli sürmüşdü. Həmin şərtlərə görə, dəfn mərasimi Tehrandan və mərhumun yaşadığı bölgədən uzaqda keçirilməli, anası, atası və bacısından başqa heç kim dəfndə iştirak etməməli idi. Mustafa Kərimbiginin nəşi uzun müddətdən sonra Şəhriyar qəbirsanlığında torpağa tapşırılmışdı.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi-VİDEO

2022-10-07

gun az article

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

2022-10-07

gun az article

İranlı ərəb fəal işgəncə altında öldürülüb

2022-10-07

gun az article

İran Yazıçılar Mərkəzi: "Xalq etirazları İslam Respublikasına qarşı ictimai qəzəbin partlayışının nəticəsidir"

2022-10-07

gun az article

Ftansa iki vətəndaşının İran hökuməti tərəfindən məcburi etirafının yayımlanmasını həyasızlıq adlandırıb

2022-10-07

gun az article

“Anonimus” haker qrupu İran telekanallarının yayımını əngəlləyib

2022-10-07

gun az article

Amerikaİranın daha yeddi rəsmisinə sanksiya tətbiq edib

2022-10-07

gun az article

Praqada Azərbaycan, Aİ, Fransa və Ermənistan liderlərinin görüşü keçirilib

2022-10-06

gun az article

“Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq” –İlham Əliyev

2022-10-06

gun az article

“Artıq bütün dünya açıq dərk edir ki, Qarabağ Azərbaycandır” –Prezident İlham Əliyev

2022-10-06

gun az article

Praqada “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısı başlayıb

2022-10-06

gun az article

Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb

2022-10-06

gun az article

Macarıstan dövlət katibinin müavini: “Dünən Ağdamda müharibənin nəticələrini gördüm

2022-10-06

gun az article

Türkiyə İsrailə səfir təyin etdi

2022-10-06

gun az article

Human Rights Watch: "İranda etirazçılara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq təzyiqə ehtiyac var"

2022-10-06

gun az article

Azərbaycanda fəaliyyət göstərən 734 Qeyri-hökumət təşkilatları Edilli məzarlığı ilə bağlı bəyanat yayıb

2022-10-06

gun az article

Kərəcin Fərdis bölgəsində müəmmalı partlayış olub-VİDEO

2022-10-06

gun az article

İranda 8 məhkum edam edilib

2022-10-06

gun az article

Ermənilər işğal dövründə Azərbaycana 16 milyard manatdan çox ekoloji ziyan vurub

2022-10-06

gun az article

"İnternet məhdudiyyətlərinin aradan qaldırılmasına qərar vermək mənim ixtiyarımda deyil"-İranın rabitə naziri

2022-10-06