SON XƏBƏRLƏR

Xameneyi Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırdı, Amerika və NATO-nu günahlandırdı

2022.06.20, 04:51
Xameneyi Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırdı, Amerika və NATO-nu günahlandırdı

Gunaz.tv

Görüşdə Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə başlanmış münaqişədən bəhs edilib.

Əli Xamneyi yenidən Rusiyanın hücumuna bəraət qazandırıb.

“Ukrayna ilə bağlı əsas problem ondan ibarətdir ki, Qərb NATO-nu genişləndirməyə çalışır və onlar imkan daxilində təsirlərini genişləndirmək barədə tərəddüd etməyəcəklər.

Amerikalılar və qərblilər həmişə Şərqi və Qərbi Asiya da daxil olmaqla müxtəlif regionlarda öz təsir dairələrini genişləndirməyə, xalqların müstəqilliyinə və suverenliyinə xələl gətirməyə çalışıblar”-deyə, Əli Xameneyi bildirib.

İran rəhbərinin açıqlamaları Rusiyanın Ukraynaya hücumla bağlı bəhanələrinin və Qərbin NATO-nu Ukraynaya doğru genişləndirmək, bu ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq istəyi ilə bağlı iddialarının təkrarıdır.

Bir neçə ay əvvəl Vladimir Putin Vaşinqtonu Amerika və müttəfiqlərinə Rusiyanın təsir dairəsini qəbul etməyə, NATO-nu 1997-ci ildən təşkilata üzv olan ölkələrdən çıxarmağa çağırıb.

Putin həmçinin Ukraynanın NATO-ya üzvlüyündən imtina etməyə və NATO-nu Rusiyanın mərkəzi və həyati əhəmiyyət daşıyan regionlarını təhdid edən silah yerləşdirməsindən əl çəkməyə səsləyib.

İran liderləri Rusiya ordusunun ötən il fevralın 24-dən Ukraynanı işğal etməsindən sonra Moskvanın bu addımını pisləməməklə yanaşı, əksinə, dəfələrlə Amerika və Qərbi Rusiyanı qızışdırmaqda və NATO-nu genişləndirmək cəhdində ittiham ediblər. 

Xameneyi ötən il martın 1-də, Rusiyanın Ukraynaya təcavüzündən 5 gün sonra televiziya ilə çıxışında İranın müharibəyə qarşı olduğunu, ancaq Rusiyanın hücumunu pisləmədiyini demiş, məsələnin kökünün Amerika və qərbin siyasətlərində olduunu iddia etmişdi.

O, Amerianı Ukraynanın daxili işlərinə qarışaraq mitinqlər təşkil edib məxməri və rəngli çevriliş yaratmaqla ölkəni bu məqama sürükləməkdə, müxalifətin mitinqlərində Amerika senatorlarının iştirak edərək hökumətlərin dəyişdirilməsində rol oynadıqlarını təkrarlamışdı.

Qeyd edək ki, son 4 ayda İranın Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməsinə baxmayaraq, Moskva Tehranın neft müştərilərinə endirimlər təklif edərək İranın neft gəlirlərinin faktiki azalmasına səbəb olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar