Xamneyinin istefasını tələb etdiyi üçün həbs edilən müəllim aclığa başladı

28.10.2021, 13:45

İki il əvvəl daha 13 qadın hüquq müdafiəçisi ilə birlikdə birgə bəyanat yayaraq İran rəhbəri Əli Xamneyini istefaya çağırdığı üçün həbs edilən təqaüdə çıxmış müəllimə Nüsrət Beheşti aclıq aksiyasına başlayıb.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılan və 6 uşaq anası olan Nüsrət Beheşti bəyanat yayıb.

O, Məşhəd zindanında qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq, oktyabrın 24-dən etibarən aclıq aksiyasına başlayıb.


Nüsrət Beheşti deyib ki, o, Məşhəd zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılmasına son qoyulmayana, barəsində irəli sürülmüş ittihamların geri götürülməyənə və azadlığa buraxılması təmin edilməyənə qədər aclıq aksiyasını dayandırmayacaq. 


Qeyd edək ki, 2019-cu ilin avqust ayında daha 13 qadın hüquq müdafiəçisi ilə birlikdə Xamneyinin istefası tələbi ilə birgə bəyanat yaydığına görə həbs edilən Nüsrət Beheşti bir müddət həbsdə saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxılmışdı.


O, üç ay əvvəl müəllimlərin və hökumət işçilərinin maaşlarının artırılması tələbi ilə keçirilən dinc etirazlara qatıldıqdan sonra yenidən həbs edilib. 


Nüsrət Beheşti həbs edildikdən sonra əvvəlcə ETTELAAT idarəsinin təcridxanasına aparılsa da, sonradan Məşhədin Vəkilabad zindanına köçürülüb. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

2021-12-02

gun az article

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib

2021-12-02

gun az article

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün imkanlar var"

2021-12-02

gun az article

Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib

2021-12-02

gun az article

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlanılıb

2021-12-02

gun az article

İsfahanda yeni aksiyalara çağırış edildi: Şəhər fərmandarından narazılara xəbərdarlıq

2021-12-02

gun az article

Hikmət Hacıyev Sülh sazişinin əsas şərtlərini açıqladı

2021-12-02

gun az article

MİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətirib

2021-12-02

gun az article

Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”

2021-12-02

gun az article

Mövlud Çavuşoğlu: "Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb"

2021-12-02

gun az article

İran Səhiyyə Nazirliyi: “Sistan-Bəlucistanda AİDS xəstəliyinə tutulanların 68 faizi öz xəstəliyindən xəbərsizdir”

2021-12-02

gun az article

Hüseyn Əmir Abdullahiyan: “Qərb xoş niyyətlə məsələyə yanaşsa yaxşı bir razılaşmanın əldə olunması mümkündür”

2021-12-02

gun az article

Prezidentin köməkçisi jurnalistlərə müraciət edib

2021-12-02

gun az article

Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə-VİDEO

2021-12-02

gun az article

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

2021-12-02

gun az article

Anar Kərimov: "Azərbaycan uzunmüddətli sülhə hazırdır"

2021-12-02

gun az article

Yeni idarəetmə modeli: Qarabağda tətbiqinə başlanılır

2021-12-02

gun az article

Tanınmış tənqidçi, teatrşünas Anar Burcəliyev mükafatlandırıldı

2021-12-02

gun az article

Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib

2021-12-02

gun az article

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti: "İlham Əliyev mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb"

2021-12-02