SON XƏBƏRLƏR

Xameneyinin mühafizə dəstəsinin komandiri dəyişdirildi

2022.06.26, 06:10
Xameneyinin mühafizə dəstəsinin komandiri dəyişdirildi

Gunaz.tv

Məlumata görə, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın "Vəli-ye Əmr" birləşməsinin komandanı təyin edilib.

İbrahim Cabbari Əli Xameneyinin oğlu Müctəba Xameneyinin başçılıq etdiyi SEPAH komandirlərindən ibarət güclü şəbəkənin üzvlərindən biridir.

Əli Xameneyinin şəxsi mühafizəsinə cavabdeh olan şəxs bununla yanaşı rəhbərliyə bağlı başqa qurumlarında təhlükəsizliyinə məsuldurr.

"Vəli-ye Əmr" birləşməsinin komandanı İranın rəhbəri Əli Xameneyinin, “Şəhid Mütəhhəri” qərargahına bağlı olan Rəhbərlər Evinin, Rəhbərlik Qurumunun və ona bağlı binaların fiziki mühafizəsi üçün məsul olan xüsusi bir bölmədir və 12.000-dən çox əməkdaşı var.

Xatırladaq ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilmədiyinə,  SEPAH-ın terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə SEPAH-ın kəşfiyyat şefi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar