SON XƏBƏRLƏR

Azərbaycan əleyhinə mövqeyi ilə tanınan siyasi şərhçi Əli Şəmxaninin İrəvana səfərindən yazıb

2022.07.19, 07:37
Azərbaycan əleyhinə mövqeyi ilə tanınan siyasi şərhçi Əli Şəmxaninin İrəvana səfərindən yazıb

Gunaz.tv

“Admiral Əli Şamxani Ermənistana bir günlük səfərə gedib və erməni həmkarı tərəfindən qarşılanıb. Bu səfər 2020-ci il Qarabağ müharibəsinin afterşoklarının hələ də davam etdiyi və münaqişənin hər iki tərəfinin hələ də davamlı sülhə nail ola bilmədiyi bir vaxtda gerçəkləşib.

Ötən aylar ərzində Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında təhlükəsizlik münasibətləri ilə bağlı ziddiyyətli xəbərlər dərc olunur və vaxtaşırı təhdid dili davam edir. Digər tərəfdən, Ukraynadakı müharibə də bölgəyə müəyyən qədər təsir edib.

Belə bir vəziyyətdə İran üçün vacib olan tranzit yollarının təhlükəsizliyi və sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz buna görə də səfərinin əvvəlində Şamxani İslam Respublikasının “regionun geosiyasətində dəyişikliyə səbəb olacaq istənilən addıma” qarşı olduğunu vurğulayıb”-deyə, məqalədə bildirilir.

İranın işğalçı Ermənistanla siyasi-iqtisadi əlaqələrinin əhəmiyyətini həddindən artıq şişirdən “ekspert” yazır: “İranla Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsi 10 minlərlə ton yük üçün tranzit marşrutu sayılır, hansı ki, iki ölkənin ehtiyaclarının bir hissəsini qarşılayır.

Keçən il İranın Türkmənistanla svop əməliyyatı üzrə qaz nəqli (Azərbaycana) razılaşması uğurla həyata keçirilib. Bununla əlaqədar, Ermənistan da uzun illərdir ki, Türkmənistanın enerjisindən yararlanmaqda maraqlıdır, bu layihə isə yalnız İran vasitəsilə mümkündür".

 Salar Seyfəddini məqaləsində yazır ki, Türkmənistanla Ermənistan arasında qaz svop sazişi İranın geosiyasi çəkisini artıracaq və qonşuların daha çox razılığına gətirib çıxaracaq.

"Türkmənistan, İran və Azərbaycan arasında bu layihə bütün tərəfləri qane edib və Ermənistanın bu enerji xəttinə əlavə edilməsi üçün fəaliyyət son dərəcə vacibdir”-deyə, o, bildirib. (Azad İran)

https://web.telegram.org/z/#-1181644289

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar