SON XƏBƏRLƏR

Tanınmış güneyli türkoloq alim Hüseyn Məhəmmədzadə vəfat edib

2022.08.24, 04:43
Tanınmış güneyli türkoloq alim Hüseyn Məhəmmədzadə vəfat edib

Gunaz.tv

Azərbaycanlı alim beyin infarktı keçirdiyi üçün iyunun 4-də Tehranın "Şəriəti" xəstəxanasına yerləşdirilmiç və iyunun 9-da xəstəxanadan evə buraxılmışdı.

1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.
O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

O, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib.

Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib.  

Özbəkisatn dövləti türkologiya sahəsindəki araşdırmalarına görə, Hüseyn Düzgünə "Əmir Əlişir Nəvayi" mükafatı verib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar