SON XƏBƏRLƏR

Tanınmış güneyli idmançı İsfahan klubuna qoşuldu

2022.06.15, 08:59
Tanınmış güneyli idmançı İsfahan klubuna qoşuldu

Gunaz.tv

Yerli media və idmançıya yaxın adamlar onun İsfahan komandasına getməSini məsulların idmançılara laqeydliyi ilə əlaqələndiriblər.

Bir müddət öncə Şərqi Azərbaycanda idmana diqqət ayrılmadığını deyən Səccad Haşimi bu səbəbdən bir çox türk əsilli idmançının İranın digər şəhərlərinin, o cümlədən İsfahan əyalətinin klublarına keçmək məcburiyyətində qaldığını demişdi.

“İlk dəfə olimpiadada 21 yaşımda iştirak etdim. London olimpiadasından sonra Rio de-Janeyro olimpiadasını görmək istərdim. Lakin 2016-cı ildə federasiyanın o vaxtkı prezidentinin yanlış siyasəti bizim olimpiadaya qatılmağımıza mane oldu”-deyə, 400 metr məsafəyə qaçış üzrə çempion bildirib.

O, deyib ki, İranda normal şərait yaradılmadığı üçün dostunun vasitəçiliyi ilə Türkiyə Cümhuriyyətinə köçüb, orada davamlı məşq edib və 2019-cu ildə İrana qayıtdıqdan sonra yarışlara qatılaraq çempion olub.

“Təəssüflə deyim ki, Şərqi Azərbaycan əyalətinin “Şəhrdari”, “Petroşimi” və başqa bu kimi böyük klubları lazımı dəstəyi almadıqları üçün üçün dağıldı. Bu iki klubun 15 idmançısı hal-hazıqda İsfahanın “Sepahan” klubunda çıxış edirlər”-deyə, Haşimi məsulların azərbaycanlı klublara qarşı laqeyd münasibətindən gileylənib.

Ötən həftə Şərqi Azərbaycanda idman sahəsinin problemlərinin müzakirəsinə həsr olunan toplantıda Təbrizin Şəhər Şurasının üzvü Pərviz Hadi deyib ki, son 4 ildə Təbrizdə idman sahəsi tamamilə məhv edilib.

“Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. Belə gedərsə olub-qalan idman komandaları və klublarıda dağılacaq”-deyə, Pərviz Hadi xəbərdarlıq edib.

Şəhər Şurasının başqa üzvü Əlirza Nəvaii Bağban isə cari ildə Təbrizin idman sahəsinə yalnız 200 milyon tümən vəsait ayrıldığını, bunun nəzərdə tutulan 18 milyard tüməndən 90 dəfə az olduğunu söyləyib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar