SON XƏBƏRLƏR

Zunuzun Adinə mədəni ilə bağlı xəbərdarlıq- Biomüxtəlifliyi məhv edir

2021.10.26, 13:19
Zunuzun Adinə mədəni ilə bağlı xəbərdarlıq- Biomüxtəlifliyi məhv edir

Gunaz.tv

O, özünün sosial media hesabında etdiyi paylaşımda adıçəkilən mədənin qaydasız fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, standartlara uyğun olmayan istixrac işləri bölgənin yeraltı, yerüstü sularını, torpağını çirkləndirir.

"Mədən Zunuz yaylağında bitki örtüyünü məhv edir,  ətraf mühit mədənin zəhərli tullantıları vasitəsilə çirkləndirilir"-deyə, ekoloq qeyd edib.

Qeyd edək ki, bundan öncə adı çəkilən mədənin fəaliyyəti ilə bağlı çoxsaylı etirazlar olub.

Bölgə əhalisi mədənin fəaliyyətinin onların həyatında və məşğulluğunda heç bir müsbət təsir göstərmədiyini, sadəcə yeni problemlərin ortaya çıxmasına, ekologiyanın, əkin sahələrinin və suvarma sistemlərinin məhv olmasına səbəb olduğunu deyiblər.

C.E 
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar