SON XƏBƏRLƏR

Tanınmış güneyli vəkil həbs cəzasına məhkum edilib

2022.06.21, 06:35
Tanınmış güneyli vəkil həbs cəzasına məhkum edilib

Gunaz.tv

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının yazdığına görə, iyunun 20-də Əli Məzlumun başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 39-cu bölməsi Məhəmmədrza Fəqihi, Mustafa Nili, Mehdi Mahmudiyan, Məryəm Əfrəfraz və Arəş Jeyxosrəvi barəsində son qərarı verib.

Bundan öncə 2021-ci il avqustun 14-də Güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar.

Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.

Güneyli vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.   

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar