SON XƏBƏRLƏR

Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib

2022.01.24, 10:50
Tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib

Gunaz.tv

Bu barədə, hüquq müdafiəçisinin Parisdə mühacirətdə yaşayan həyat yoldaşı, siyasi fəal Taqı Rəhmani yanvarın 23-də “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb. 

Taqı Rəhmani bildirib ki, vəkildən məhrum olan həyat yoldaşı Nərgiz Məhəmmədi beş diqəqəlik bir məhkəmədə 8 il həbsə, 70 şallaq zərbəsinə məhkum edilərək, həm də iki il müddətinə evlərinə və uşaqlarına zəng vurmaqdan məhrum edilib.

Taqı Rəhmani mediaya açıqlamasında deyib ki, bununla da İran Məhkəmə Sisteminin Nərgiz Məhəmmədidən və onun kimi digər hüquq müdafiəçilrindən intiqam almağa çalışıb.

Tanınmış jurnalist və hüquq müdafiəçisinin konkret nədə günahlandırıldığı hələlik məlum deyil.

Xatırladaq ki, “İnsan Hüquqları Müdafiəçiləri Assosiasiyası”nın sözçüsü olan Nərgiz Məhəmmədi hüquq müdafiəsi sahəsində apardığı dinc fəaliyyətinə görə, sonuncu dəfə 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib.

Həbs edildikdən sonra əvvəlcə Tehranın Evin zindanına salınan Nərgiz Məhəmmədi bir neçə gün əvvəl Vəraminin Qərçək həbsxanasına köçürülüb.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar