SON XƏBƏRLƏR

İranın Xuzistan əyalətindən olan tanınmış dissident xalqı kütləvi aksiyalara çağırdı

2022.07.15, 05:09
İranın Xuzistan əyalətindən olan tanınmış dissident xalqı kütləvi aksiyalara çağırdı

Gunaz.tv

Yusif Əzizi Bənitorəf, Güney Azərbaycan şəhərlərində Urmu gölü ilə bağlı 16 iyula təyin edilən aksiyalar barədə paylaşım edib.

"25 tir 1401-ci il (16 iyul 2022-ci il) Azərbaycan xalqının Urmiya gölünün qurudulmasına cavabdeh olan şəxslərə, İran hökumətinə qarşı qəzəb günüdür.

İran hökuməti səhlənkarlıq və yanlış idarəçilik üsulu ilə  Azərbaycan xalqına qarşı düşmənçiliyini göstərmişdir. Məqsədləri Azərbaycan türk xalqını öz ata-baba torpağından qovub köçürməkdir.

Tehran müstəmləkəçiləri ərəb xalqına qarşı da eyni cinayət siyasətindən istifadə ediblər. Mən bu çağırışı dəstəkləyirəm və hər kəsdən aksiyaya qatılmasını istəyirəm"-deyə, Yusif Əzizi Bənitorəf yazıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar