SON XƏBƏRLƏR

"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

2022.05.23, 08:25
"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

Gunaz.tv

"Azərbaycanlılar öz övladlarına istədikləri adı seçmək üçün bəzən uzun və yorucu prosesləri keçməli olurlar. Ancaq bu onları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"-deyə, Yusifi bildirib.

Məsələ ilə bağlı açıqlama verən başqa mədəni fəal, türk adları barədə kitabın yazarı Fərhad Cavadi isə İran hökumətinin ad seçimində qanunsuzluqlar etdiyini deyib.

"Hökumət idarələrinin türk adlarının qoyulmasında qanuni məhdudiyyətin olmadığı barədə iddialarına baxmayaraq, prosesi uzandırmaq və brukratik əngəllər törətməklə valideynləri türk adları seçdiklərinə görə peşman etmək istəyirlər"-deyə, Cavadi qeyd edib.

Qeyd edək ki, İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar