SON XƏBƏRLƏR

San-Fransiskoda minlərlə insan İran hökuməti əleyhinə nümayiş keçirib

2022.10.03, 10:42
San-Fransiskoda minlərlə insan İran hökuməti əleyhinə nümayiş keçirib

Gunaz.tv

5 mindən çox insan iştirak etdiyi aksiyada Tehran hökumətinin devrilməsini və İranda demokratiyanın bərqərar olmasını tələb edilib.

"San Francisco Standard" qəzetinin məlumatına görə, bu yürüş San-Fransisko körfəzi bölgəsindəki məşhur "Qızıl Qapı" körpüsündə əvvəllər "insan zənciri" yaradan bir qrup İran-Amerika icması tərəfindən təşkil edilib. 

Union meydanından Sanfransisko bələdiyyə binasının qarşısına kimi yürüş edən nümayişçilər İran rejiminə qarşı və qadın hüquqları ilə bağlı şüarlar səsləndiriblər.

Mediaya açıqlama verən iranlı mühacirlər Tehran rejiminin devrilməsinin tərəfdarı olduqlarını, "islam hakimiyyəti"nin İranda yaşayan xalqları təmsil etmədiyini bildiriblər.

Qeyd edək ki, oktyabrın 1-də dünyanın onlarla ölkəsinin 151 şəhərində İran hökumətinə qarşı və repressiyalara etiraz əlaməti olaraq nümayişlər keçirilib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar