SON XƏBƏRLƏR

Kanada 10 mindən çox SEPAH komandirinin ölkəyə girişini yasaqladı

2022.10.08, 04:15
Kanada 10 mindən çox SEPAH komandirinin ölkəyə girişini yasaqladı

Gunaz.tv

Oktyabrın 7-də Kanadanın baş naziri Castin Trüdo İslam Respublikasını cəzalandırmaq üçün 10 mindən çox SEPAH komandirinin ölkəsinə girişinin daimi qadağan edildiyini söyləyib.

Kanada SEPAH və onun nümayəndələrinin maliyyə əməliyyatlarına məhdudiyyətlər qoyarkən, iranlı etirazçıların susdurulmasına cavabdeh olan qurum və şəxslərə qarşı tətbiq edilən sanksiyaların siyahısını genişləndirir.

O, həmçinin bildirib ki, ölkəsi bu “qəddar” rejimi məsuliyyətə cəlb etmək üçün əlində olan ən güclü vasitələrdən istifadə edir.

Kanada hökumətinin bu hərəkəti SEPAH-ın adının terror təşkilatları siyahısına salınması üçün müxalifət partiyasının nümayəndələri və müdafiəçilərinin həftələrlə davam etdirdiyi təzyiqlərdən sonra baş verib.

Kanada daha əvvəl insan haqlarının geniş şəkildə pozulması və iranlı etirazçıların zorakılıqla susdurulması səbəbindən 34 iranlı şəxs və quruma sanksiya tətbiq etmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar