SON XƏBƏRLƏR

Kanada Xarici İşlər Nazirliyi İranın jurnalistlərə qarşı təhdidlərini pisləyib

2022.11.22, 05:55
Kanada Xarici İşlər Nazirliyi İranın jurnalistlərə qarşı təhdidlərini pisləyib

Gunaz.tv

"Jurnalistlər, media işçiləri siyasi müdaxilə və hədə-qorxu olmadan öz işlərini sərbəst şəkildə görməlidirlər",-deyə, Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bundan öncə İran hökumətinin xaricdə fəaliyyət göstərən müstəqil və müxalif media orqanlarının əməkdaşlarına qarşı terror planı barədə məlumatlar yayılıb.

Noyabrın 11-də Britaniya Xarici İşlər Nazirliyi İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini bu ölkədə yaşayan farsdilli mediada çalışan jurnalistlərə qarşı təhdidlərə cavab olaraq çağırıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar