SON XƏBƏRLƏR

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırım olaraq tanıdı

2022.04.28, 11:14
Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırım olaraq tanıdı

Gunaz.tv

Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu “soyqırım” kimi xarakterizə edən qətnamə qəbul edib. 

Avropa.info xəbər verir ki, yekdilliklə qəbul edilən qətnamədə hərbi cinayətlər arasında kütləvi vəhşilik, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə, fiziki zərər, ruhi zərər və zorlama kimi ifadələr yer alıb.

Kanadalı deputat Hizer Makfersonun təklifi ilə səsə qoyulan qətnamədə deyilir ki, Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən "insanlığa qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair aydın və kifayət qədər dəlillər" mövcuddur.  (avropa.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar