SON XƏBƏRLƏR

İran Qeydiyyat İdarəsi türk mənşəli Almila adına kimlik vəsiqəsi vermir

2023.03.09, 09:49
İran Qeydiyyat İdarəsi türk mənşəli Almila adına kimlik vəsiqəsi vermir

Gunaz.tv

Güney Azərbaycanın Makı şəhərindən olan Almila 5 aylıq olmasına baxmayaraq doğum haqqında şəhadətnamə ala bilmir.

Almilanın valideynlərinin dediyinə görə, İranın Qeydiyyat İdarəsi türkcə "Qızıl alma" anlamında olan türkcə adın yabançı olduğunu bəhanə edərək sənəd verməkdən boyun qaçırır.

Körpənin doğum şəhadətnaməsi olmadığı üçün o tibbi xidmətlərdən istifadə edə, peyvənd oluna bilmir.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

 İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar