SON XƏBƏRLƏR

Angela Merkel: “İsrailin öz təhlükəsizliyini təmin etmək üçün Suriyada İrana qarşı əməliyyat keçirməyə haqqı var”

2021.10.20, 07:36
Angela Merkel: “İsrailin öz təhlükəsizliyini təmin etmək üçün Suriyada İrana qarşı əməliyyat keçirməyə haqqı var”

Gunaz.tv

GünAz TV: Almaniyanın baş kansleri Angela Merkel İsrail radiosu ilə müsahibəsi zamanı İranın İsrailin təhlükəsizliyi üçün əsas təhdidlərdən olduğunu deyib.

 

Merkel İranın hər zaman İsrailə qarşı düşmənçilik siyasəti yürütdüyünü vurğulayaraq, rəsmi Tel- Əvivin öz təhlükəsizliyini qorumaq üçün Suriyada İran mövqelərinə hava zərbələri endirməkdə haqlı olduğunu deyib.

 

O, həmçinin əvvəllər Rusiya prezidenti Vladimir Putin ilə bir neçə dəfə İranın hərbçilərinin Golan təpələrindən uzağa çəkilməsi ilə bağlı danışıqlar apardığını bildirib.

 

Xatırladaq ki, Merkelin bu açıqlaması ötən həftə İsrailin Suriyada “Sepah”ın “Qüds Briqadası”na qarşı keçirdiyi hərbi əməliyyatlardan qısa müddət sonra bəyan edilir. Bu hücum nəticəsində azı 14 “Sepah” üzvünün öldüyü bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar