SON XƏBƏRLƏR

Xankəndi-Laçın yolunda BQXK-nin 12 avtomobilinin hərəkət etməsinə şərait yaradılıb

2023.03.03, 09:20
Xankəndi-Laçın yolunda BQXK-nin 12 avtomobilinin hərəkət etməsinə şərait yaradılıb

Gunaz.tv

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 yük və 6 minik avtomobili Xankəndindən Laçın istiqamətinə keçid ediblər.

Avtomobillərin içərisində erməniəsilli şəxslər də olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 82 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar