GünAz TV: Ankarada naməlum şəxs Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyi qarşısında atəş açıb. Polis naməlum şəxsi tərksilah edərək həbs edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi hadisənin səfirliyin girişində baş verdiyini bildirib: “Hadisə nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır”.
Ötən gün isə Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Terror hadisəsi ilə əlaqədar İran və ABŞ bu ölkədəki səfirliklərini bağlayıb. Məlumata görə, İran Türkiyədəki səfirliyi ilə yanaşı İstanbul, Ərzurum və Trabzondakı konsulluqlarının da fəaliyyətini dayandırdığını bəyan edib.
Bundan başqa ABŞ Ankaradakı səfirliyinin, eləcə də İstanbul və Adanadakı konsulluğunun bu gün üçün bağlı olduğunu elan edib.
N.S