SON XƏBƏRLƏR

Ankarada Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ankarada Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Dekabrın 14-də Türkiyə paytaxtı Ankarada Azərbaycan Milli Hökumətinin quruluşunun 74-cü ildönümü və Güney Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə keçirilən konfransda çox sayda ziyalı, universitet müəllimi və Güney Azərbaycan Milli Hərəkatı fəalları iştirak edib.

 

Tədbirdə Azərbaycan Milli Hökuməti ilə yanaşı Güney Azərbaycan Milli Hərəkatı və hərəkatın gələcək fəaliyyəti ilə bağlı çıxışlar olub.

 

Konfransda GAMAC təşkilatının siyasi fəalları və Türkiyədən olan universitet müəllimləri aktiv iştirak edib.

 

Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Ankara Gazi Universitetinin elmi heyətinin üzvü Prof. Heydər Çakmak, Ankara Universitetinin elmi heyətinin üzvü Prof. Nəsib Nəsibli, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili və Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Kərim Əsğəri geniş məruzə ilə çıxış ediblər.

Konfrans Azərbaycan Kültür Dərnəyinin Ankaradakı qərargahında keçirilib.

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar