SON XƏBƏRLƏR

Ankarada GAMAC tərəfindən 2006-cı il May hadisələri ilə bağlı konfrans keçirilib

2021.10.20, 07:36
Ankarada GAMAC tərəfindən 2006-cı il May hadisələri ilə bağlı konfrans keçirilib

Gunaz.tv

GünAz TV: Aprelin 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Ankara Ildırım Bayazıt Universitetinin əməkdaşlığı ilə Güney Azərbaycanda baş verən 2006-cı il May hadisələri (milli qiyam) ilə bağlı konfrans keçirib.

 

Kofransda univesitet müəllimi, yazıçı, öyrənci və azərbaycanlı milli-mədəni fəallardan ibarət 100-dən çox ziyalı iştirak edib.

 

“Güney Azərbaycanda qanlı 22 may və ictimai-siyasi ətkiləri konfransı” mövzusunda keçirilən tədbir Ildırım Bayazıt Universitetinin 15 temmuz konfrans salonunda baş tutub.

 

Konfransda aşağıda adları çəkilən elmi və siyasi şəxsiyyətlər çıxış ediblər:

1-      Prof. Dr. Nəsib Nəsibli (Ankara Universiteti müəllimi)

2-      Prof. Dr. Səlcuq Duman (Girəsun Universiteti müəllimi)

3-      Hikmət Alp (Araşdırmaçı və müəllim)

4-      Mehdi Nəimi (Güney azərbaycanlı fəal və türk dili müəllimi)

5-      Kərim Əsğəri (İran və Qafqaz məsələləri üzrə ekspert, elmlər namizədi)

6-      Məhsa Mehdili (GAMAC Təşkilatının sözcüsü)

 

Azərbaycan Respublikasının Tehrandakı keçmiş səfiri Prof. Dr. Nəsib Nəsibli İran və Güney Azərbaycanda gedən ictimai-siyasi proseslərdən danışaraq bildirib ki, İranda etnik problemi var və bu problem müxtəlif formalarda hər gün özünü göstərir.

 

Türkiyə və Güney Azərbaycandan tədbirə qatılan araşdırmaçı alimlər konfansın mövzusu haqda məqalə təqdim edib və fikir səsləndiriblər.

 

Aprelin 30-u, yerli vaxtla saat 14:00-da başlayan konfrans 2.5 saat davam edib. Tədbir iştirak etmək istəyən hər kəsə üçün açıq olub.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar