Antoni Blinken: “Amerika yalnız İran üzərinə götürdüyü öhdəliklərə əməl etdikdən sonra qayıdacaq”

2021-01-28 14:23

ABŞ-ın yeni dövlət katibi Antoni Blinken yanvarın 27-də jurnalistlərlə keçirdiyi ilk görüşündə 2015-ci ildə İranla Qərb arasında imzalanmış nüvə sazişindən və ölkəsinin bu razılaşmaya qayıtması üçün şərtindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Amerika prezidenti Co Baydenin və onun hökumətinin nüvə razılaşması barədəki mövqeyini açıqlayan Blinken deyib ki, Vaşinqton yalnız İran sazişlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsindən sonra qayıdacaq: “Prezident Bayden açıq şəkildə deyib ki, əgər İran nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərə tam  əməl etsə, Amerika Birləşmiş Ştatları da eyni addımı atacaq.


Əgər İran sazişə qayıtsa, Vaşinqton da İranın ciddi narahatlığa səbəb olmuş digər məsələlərinin həlli üçün Tehranla daha möhkəm və daha uzunmüddətli bir razılaşmasının əldə olunmasına çalışacaq. 


Lakin təəssüflər olsun ki, İran müxtəlif sahələrdə üzərinə götürdüyü öhdəliklərindən əl çəkib və əgər yenidən bu öhdəliklərə və onların icrasına qayıtsa, bu artıq uzun bir prosesdə mümkün olacaq. Bizim, İranın üzərinə götürdüyü öhdəliklərə nə qədər əməl edib-etmədiyini öyrənmək üçün zamana ehtiyacımız var. Hazırda isə aydın məsələdir ki, o nöqtəyə hələ çatmamışıq”, -deyə Amerika Dövlət Departamentinin rəhbəri Antoni Blinken əlavə edib.


Həmin gün Blinken həmçinin Almaniya, Böyük Britaniya və İsrailin xarici işlər nazirlərinə zəng vuraraq, nüvə razılaşmasından və İranın üzərinə düşən öhdəlikləri haqda danışıqlar aparıb.

Bildirilir ki, Blinkenin israilli həmkarı Qabi Aşkenazi ilə telefon təmasında İranın qonşularına qarşı təhdidi, regionda sülhün bərqərar olunması və genişlənməsi, strateji məsələlər və bir sıra digər mövzular barədə danışıqlar aparılıb.
 

Yayılan məlumatlara görə, telefon söhbətində Qabi Aşkenazi deyib ki, o İsraillə Amerikanın beynəlxalq terrorizmə qarşı birgə mübarizə apara biləcəyindən, eləcə də, İranın və onun muzdlu təmsilçi qüvvələrinin regionun sabitliyinə qarşı yönəlmiş təhdidinin qarşısını birlikdə alacaqlarından əmindir.

تاسیسات هسته‌ای اراک 

İranın Ərak nüvə təsisatı 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”

2021-05-10

gun az article

Ermənistan parlamenti buraxıldı

2021-05-10

gun az article

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər

2021-05-10

gun az article

Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

2021-05-10

gun az article

DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib

2021-05-10

gun az article

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

2021-05-10

gun az article

Prezident Vətən Müharibəsi Şəhidlərinin məzarını ziyarət etdi

2021-05-10

gun az article

Azərbaycanda koronavirus mənzərəsi: Yoluxma sayı azaldı

2021-05-10

gun az article

Əsgər valideynləri Robert Koçaryanı qəbiristanlıqdan qovdu - VİDEO

2021-05-10

gun az article

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

2021-05-10

gun az article

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

2021-05-10

gun az article

Amerikan Dəniz Qüvvələri Ərəb dənizində İran silahlarını husilərə daşıyan gəmini saxlayıb - FOTOLAR

2021-05-10

gun az article

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

2021-05-10

gun az article

Türkiyə səfiri: “Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük müharibədə alıblar”

2021-05-10

gun az article

Paşinyanın maşın karvanında qəza: Qadın xəstəxanalıq oldu

2021-05-10

gun az article

Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

2021-05-10

gun az article

İranda koronavirusdan daha 351 nəfər vəfat edib: Ölənlərin sayı 75 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-10

gun az article

Sergey Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

2021-05-10

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis əməkdaşı öldürüldü

2021-05-10

gun az article

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub - FOTO

2021-05-10