Antoni Blinken: “İranda hər şey haqqında əsas qərarı Xamneyi verir”

2021-05-05 15:12

ABŞ-ın dövlət katibi Antoni Blinken mayın 4-də “Financial Times” qəzetinə müsahibəsində İranla Qərb gücləri arasında Vyanada keçirilən nüvə danışıqlarından və İranda keçiriləcək növbəti prezident seçkilərindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Blinken deyib ki, o İranda keçiriləcək prezident seçkilərinin Tehranla Vaşinqton arasında Vyanada aparılan dolayısı danışıqlar prosesinə mümkün təsiri barədə hər hansı bir proqnoz verməkdə çətinlik çəkir.


“Mən, İrandakı prezident seçkilərinin Tehranla Vaşonqtonun nüvə razılaşmasının birgə komissiyası çərçivəsində Avstriya paytaxtında apardığı dolayısı danışıqlara təsiri barədə fikir irəli sürə bilmərəm. Aydın məsələdir ki, İran sistemində hər şey haqqında son və əsas qərarı ölkə lideri Əli Xamneyi verir. Daha doğrusu, İranın daxili və xarici siyasətinin əsas xətt və istiqaməti Xamneyi tərəfindən təyin edilir. 


Vyanada aparılan nüvə müzakirələrinə gəldikdə, hesab edirəm ki, danışıqlarda müəyyən inkişaf və irəliləyişlər olsa da, danışıqların tam nəticə verməsi üçün qarşımızda hələ uzun bir yol var. 


Biz, əvvəlcə İranın nüvə razılaşmasına qayıdaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə meyilli olub olmamasından və onun bu barədə lazımlı qərarlar verməsindən əmin olmalıyıq”, -deyə ABŞ Dövlət Dpartamentinin rəhbəri Antoni Blinken “Financial Times” qəzetinə açıqlamasında bildirib. 


Qeyd edək ki, İranla 5+1 qrupu (ABŞ, Çin, Rusiya, Britaniya, Fransa və Almaniya) arasında Vyanada aparılan yeni nüvə danışıqlarının üçüncü mərhələsi başa çatsa da, tərəflər müzakirələrin konkret bir nəticəsi verib-verməməsi barədə məlumat yaymayıblar. Amerika isə Vyanada İranla birbaşa yox, dolayısı ilə müzakirə aparır. 


Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri bu il iyun ayının 18-də keçiriləcək. 


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16