Antoni Blinken: “İranın uranı 60% səviyyədə zənginləşdirmək niyyəti onun Vyanadakı danışıqlarda ciddi olduğunu sual altına salır”

2021-04-15 12:34

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken aprelin 14-də mediaya açıqlamasında Vyanada İranla Qərb arasında aparılan nüvə danışıqlarından və Tehranın uranı 60% səviyyədə zənginləşdirməyə başlamasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

Brüsselə səfəri zamanı Şimali Atlantika MüqaviləsıTəşkilatının (NATO) Baş Qərargahında jurnalistlərə açıqlama verən Blinken deyib ki, İranın uranı 60% səviyyədə zənginləşdirmək niyyətində olması, Tehranın Qərbə qarşı yeni provakativ addımıdır.


“Biz İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması ilə bağlı yaydığı provakativ bəyanatını çox ciddi qəbul edirik. Hesab edirik ki, Tehranın belə bir addım atması onun Vyanada aparılan nüvə danışıqlarında ciddi olduğunu sual altına salır", -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.


Həmçinin İranla nüvə danışıqları aparan üç Avropa ölkəsi, yəni Almaniya, Britaniya və Fransa birgə bəyanat yayaraq, İranın uranı 60% səviyyədə zənginləşdirmək və Nətənz nüvə təsisatında inkişaf etdirilmiş İR-6 sentrifuqalarının işə salınması ilə bağlı qərarının ciddi nigaranlığa səbəb olduğunu bildiriblər.


Bəyanatda bildirilir ki, uranın belə bir səviyyədə zənginləşdirilməsi nüvə silahı əldə etmək istiqamətində atılan mühüm addımdır, bu isə Tehranın nüvə fəaliyyətinin dinc xarakter daşıması barədəki iddiası ilə üst-üstə düşmür. 


Qərblə nüvə danışıqları aparmaq üçün Vyanada səfərdə olan İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi aprelin 13-də mediaya açıqlamasında ölkədə uranı 60% səviyyədə zənginləşdirmək üçün fəaliyyətə başlanıldığını bildirib.


Əraqçinin açıqlaması İsrailin Nətənz nüvə mərkəzinə hücumu nəticəsində baş vermiş güclü partlayışdan iki gün sonraya təsadüf edib. 


Xatırladaq ki, aprelin 11-də İranın uranı zənginləşdirmək fəaliyyəti ilə məşğul olan yeraltı Nətənz nüvə təsisatına hücum edilib.


Hücum nəticəsində baş verən güclu partlayış və yanğından sonra Nətənz təsisatının elektrik sistemi tamamilə sıradan çıxıb, minlərlə sentrifuqa məhv edilib. Rəsmi Tehran hücumda ölənlərin olmadığını iddia etsə də, ölkə daxilindəki bəzi mənbələr hücumda onlarla şəxsin ölüb yaralandığını və İsrailə casusluqda şübhəli bilinən onlarla təsisat işçisinin isə həbs edildiyini bildirirlər.

Iran tests advanced centrifuges in nuclear deal breach | News | DW |  10.04.2021

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18

gun az article

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

2021-05-18

gun az article

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

2021-05-18

gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17