SON XƏBƏRLƏR

Antoni Stokesin “Traxtur”a qayıda biləcəyi barədə xəbər

2021.10.20, 07:36
Antoni Stokesin “Traxtur”a qayıda biləcəyi barədə xəbər

Gunaz.tv

GünAz TV: Ötən həftələrdə Təbrizin “Traxtur” futbol komandasından ayrıldıqları bildirilən iki xarici oyunçu Antoni Stokes və Li Ervinlə bağlı yeni xəbər yayılıb.

 

Kütləvi informasiya vasitələrində yayılan informasiyaya görə, irlandiyalı hücumçu Antoni Stokes yenidən Azərbaycan komandasına qayıda bilər.

 

Fəaliyyətini davam etdirmək üçün “Traxtur” klubu ilə razılığa gələ bilməyən ulduz futbolçu hələ də qeyri-müəyyən vəziyyətdədir, lakin onun yenidən Təbrizə qayıtma ehtimalı var. Bildirilir ki, Təbriz klubu ulduz futbolçunu komandaya qaytarmağa çalışır və bunun üçün müəyyən işlər də görülüb. Lakin klubun texniki heyətinin Li Ervinlə bağlı fərqli mövqeyi var və onun komandaya qaytarılması gözlənilmir.

 

Bu barədə klubun icraçı direktoru Əlirza Əsədi mətbuata qısaca məlumat verib. O bildirib ki, bu oyunçu hələ “Traxtur”dan ayrılmayıb və onun İranın digər klublarına transfer edilməsini istəmirik.

 

Ötən günlərdə İngiltərə mətbuatında “Traxtur” klubunun iki xarici oyunçusundan şikayət etdiyi barədə xəbər yayılmışdır.

“Daily Record” qeyd etmişdir ki, Antoni Stokes və Li Ervin yay aylarında “Traxtur”a qoşuldular. Sonra ikisi də bu komandanı tərk etdi. İndi “Traxtur” klubu oyunçulardan FİFA-ya şikayət edib.

 

Əlirza Əsədi oyunçulardan FİFA-ya şikayət etməklə bağlı yayılan xəbərləri təkzib edərək sözügedən oyunçulara qış transfer pəncərəsi başlayana qədər vaxt verildiyini bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar